İyunun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.  
 
Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 35-38 dərəcə isti, dağlıq rayonlarda gecə  14-19, gündüz  22-27 dərəcə isti olacaq.