İyunun 20-də qabaqlayıcı əməliyyat məlumatı əsasında Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sahildən 11 mil məsafədə Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsi Cənub şöbəsinin sərhəd gözətçi kateri ilə buylara baxış zamanı 2 bağlamada 476 qram həşişə və 112 qram kokosa oxşar narkotik maddələr aşkar olunaraq götürülüb.
 
Unikal.org bildirir ki, bu barədə APA-ya DSX-nın mətbuat mərkəzindən məlumat verilib.
 
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.