İndoneziyada təbii fəlakət nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, Yava adasında daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 56-ya çatıb, 22 nəfər isə xəsarət alıb.

Qeyd edilir ki, 9 nəfər itkin düşüb. Onların axtarışında xilasedicilər, əsgərlər, polislər və könüllülər iştirak edir.