Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, Anlaşma Memorandumu Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli və Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev tərəfindən imzalanıb.

Memorandumun məqsədi Azərbaycan Respublikasının vətəndaşlarının elm-texnika, ekologiya, innovasiyalar və digər sahələr haqqında biliklərinin artırılması, bu məqsədlə birgə müxtəlif tədbirlərin keçirilməsidir. Memorandum, həmçinin gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsini də əhatə edir.