"Microsoft" korporasiyasının rəhbərliyi "Windows 10 Mobile" əməliyyat sistemi üçün özünün "Wallet" ödəniş sistemini tam olaraq işə salmağı planlaşdırır.
"Runews24.ru" saytının məlumatına görə, korporasiya rəsmilərinin fikrincə, "Wallet" "Apple Pay", "Android Pay" və "Samsung Pay" kimi populyar onlayn ödəniş sistemləri ilə uğurla rəqabət aparmalıdır.
Bu günə olan vəziyyətə görə, "Wallet" elektron cüzdanının sınaq versiyası artıq "OS Windows 10 Mobile Insiders" əməliyyat sisteminin yeni versiyasında istifadəyə verilib. Bu günlərdə "Lumia 950 XL", 950 və 650 smartfonları üçün də istifadəyə verilə bilər.
Bundan başqa, "Wallet" istifadə olunmaqla edilən onlayn ödənişlər hələlik yalnız və yalnız ABŞ ərazisində həyata keçiriləcək. (İKT.lent.az)