Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, A.Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Abuzər Cəfərov məhkəmədəki ifadəsində heç kimə qarşı dələduzluq etmədiyini bildirib.
Qeyd edək ki, jurnalist Abuzər Cəfərov ötən il Şamaxıda tutulub. Onun barəsində 7-8 nəfər şikayət edib. Abuzər Cəfərov həmin şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib.
A.Cəfərov "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansı ilə əməkdaşlıq edib.
O bundan qabaq da məhbusluq həyatı yaşayıb.