Əli Əhmədovdan Gülər Əhmədovaya ağır sözlər
12:17 11-10-2012
CƏMİYYƏT
Əli Əhmədovdan Gülər Əhmədovaya ağır sözlər
“Mən istənilən məsələnin şəxsi deyişmə, məişət səviyyəsinə enməsinin tərəfdarı deyiləm. Bu, mənim xarakterimə uyğun deyil. Düşünürəm ki, biz siyasətlə məşğul oluruqsa, gərək daha ciddi məsələlər ətrafında, daha ciddi səviyyədə söhbətlər aparaq.
Məsələnin digər tərəfi var ki, əgər insanın sözü qurtarırsa və o, təhqirlərə keçirsə, bu onun mənəviyyatının göstəricisinə çevrilmiş olur. Mən heç zaman istəməmişəm ki, kimdəsə mənim mənəviyyatımla bağlı hansısa şübhə yaransın. Mən çox ciddi mənəvi-əxlaqi dəyərlərə söykənən bir adamam. Bu, məişətdə də, həyatda da, insanlara, öz işimə, eləcə də digər məsələlərə münasibətimdə də belədir”.
Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov keçmiş deputat Gülər Əhmədovanın onun barəsində sosial şəbəkələrdə yazdığı fikirlərə münasibət bildirərkən deyib. Ə. Əhmədov G. Əhmədovanın onun barəsində nələrsə yazdığını eşidəndə ilk reaksiyasının necə olmasından da danışıb: “Belə bir şey eşidəndə, sözün düzü heç onunla maraqlanmadım da. Bilmədim ki, heç nə yazıb. Bir gün keçəndən sonra bildim ki, belə şeylər yazılıb. Səhəri günü axşamüstü oğlumdan eşitdim. O, gülə-gülə dedi ki, belə deyiblər. Güldük, qurtardı-getdi. Deyib-deyib də... Təbii ki, bu onun mənəviyyatının, əxlaqının göstəricisidir. Vurğulamalıyam ki, mən ona verilən cavablardan da xəbərsiz olmuşam. O cavablar mətbuatda çıxandan sonra bildim ki, mənim dostlarım, partiyanın təəssübünü ürəkdən çəkən insanlar ona cavablar veriblər. Bəlkə də heç o cavablara ehtiyac yox idi. Bir insan olaraq deyirəm ki, buna ehtiyac yox idi. Hər kəslə ağız-ağıza verib, deyişməyin tərəfdarı deyiləm. Deyib, deyib də. Ataların bununla bağlı gözəl sözü var... İndi mən həmin misalı təkrar etmək istəmirəm... Yəqin müşahidə etmisiniz, mən haqqımda deyilən şeylərə heç vaxt münasibət bildirməmişəm. Hətta bəzən təhqir də ediblər. Bu, artıq həmin təhqiri edənin insani keyfiyyətləri, şəxsi göstəriciləridir. Ona görə də mən həmin məsələyə münasibət bildirmədim, bundan sonra da münasibət bildirməyəcəyəm”.
Digər Xəbərlər
2024-12-23 11:22:47
2024-12-23 11:21:07
2024-12-23 11:20:00
2024-12-23 11:13:56
2024-12-23 11:07:00
2024-12-23 10:49:13
2024-12-23 09:10:30
2024-12-23 09:08:00
2024-12-23 08:58:57
2024-12-23 08:53:37
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58