Suriyanın Hələb əyalətinin şimal-şərqində yerləşən Münbiçi rayonunda terrorçu İŞİD-in PYD-yə (terrorçu PKK qruplaşmasının Suriyadakı dəstələrindən biri) qarşı hücumu nəticəsində 30 PKK terrorçusu ölüb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, İŞİD qruplaşması minalanmış avtomobili PYD-nin yerləşdiyi ərazidə partladıb.
Bölgədə gedən döyüşlər nəticəsində terrorçu PKK-nın dəstəsi Zingül əkin sahəsində geri çəkilib.
Məlumatda bildirilib ki, Fərat çayının qərbində ABŞ-ın dəstəklədiyi Suriya Ərəb Koalisiyası (SƏK) ilə İŞİD arasında döyüş davam edir. SƏK-in Münbiçin cənubundakı Cub Hamza kəndini topa tutması nəticəsində 5-i uşaq olmaqla 11 dinc sakin həyatını itirib.