Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.
Unikal.org-un xəbərinə görə, məqsəd ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.
Əmrə əsasən, ölkənin tədrisi Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2016-2017-ci dərs ilinə aid tədris planları və tədris planlarına dair "Qeydlər" təsdiq edilib.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.