Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gömrük Departamentinin Gəlirlər xidməti əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Gürcüstan ərazisinə gömrük nəzarətindən gizli yolla böyük həcmdə qızıl əşyaların keçirilməsi faktı üzrə Azərbaycan vətəndaşı Ramin Nəbiyev saxlanılıb.
Unikal.org-un məlumatına görə, istintaq tərəfindən müəyyən edilib ki, ittiham edilən şəxs qaçaqmalçılıq yolu ilə qızıl külçələri və yüksək əyyarlı zinət əşyaları qanunsuz keçirməyə çalışıb. Qızıl əşyaların ümumi dəyəri 55 min laridən ibarətdir.
R.Nəbiyevə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 214 maddəsi üzrə cinayət işi açılıb. Bu maddəyə əsasən, o, 5 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilər.