Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Tərtər və Qazax rayonlarında aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
Unikal.org xəbər verir ki, Cəmilli kəndi üzrə 1 fermada 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 9 000 kv. m ərazi yoxlanılıb.
Horadiz kəndi üzrə 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (82 mm-lik minaatan mərmi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 2 990 kv.m ərazi yoxlanılıb.
Quşçu Ayrım kəndi üzrə Qazax Rayon İcra Hakimiyyətinin müraciətinə müvafiq olaraq, kənd yolunda aşkar olunan 1 ədəd 125 mm-lik tank mərmisi Agentliyin mütəxəssisləri tərəfindən götürülərək, zərərsizləşdirilib, nəticə etibarı ilə 300 kv.m ərazi yoxlanılıb.
Beləliklə, iyunun 23-də 1 ferma, 3 əkin sahəsi, 7 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat ( 2 ədəd 82 mm-lik minaatan mərmi, 1 ədəd 125 mm-lik tank mərmisi və 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 12 290 kv. m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən bu il aprelin 7-dən iyunun 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 25 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 548 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda ANAMA tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.