Türkiyənin Mardin vilayətində terror hadisəsi baş verib.
Unikal.org bu ölkənin mətbuatına istinadən xəbər verir ki, PKK terrorçuları jandarm idarəsinin binası önündə içinə bomba yerləşdirilmiş avtomobili qoyaraq qaçıblar.
Terrorçuların uzaqdan idarə olunan bombanı partlatmaları nəticəsində partlayış ərazisindən keçən yük avtomobilinin sürücüsü ağır yaralanıb. Daha 2 əsgər isə yüngül xəsarət alıb.
Yük avtomobilinin sürücüsü Ömərli Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Terror aktını törətmiş PKK silahlılarının zərərsizləşdirilməsi məqsədilə hazırda xüsusi əməliyyat keçirilir.