Dünən ölkə başçısı İlham Əliyev Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyevi işdən çıxarıb. Onun yerinə isə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olmuş Nurlana Əliyevanı təyin edib.
Unikal.org bildirir ki, Criminal.az saytına işdən çıxarılan Bakı Slavyan Universitetinin rektoru ilə bağlı maraqlı məlumat daxil olub. Məlumata görə, keçmiş rektor Asif Hacıyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar dəstənin əsas simalarından biri olan həbsdəki general Akif Çovdarovun yaxın qohumudur. O, Akif Çovdarovun xalası oğludur.
Asif Hacıyev 2014-cü ildə Kamal Abdullanı əvəzləyərək bu posta təyin olunmuşdu. Onun iki ildən sonra işdən çıxarılmasının A.Çovdarovla bağlı olub-olmaması məlum deyil. Ancaq bu vaxta kimi A.Çovdarovun yüksək vəzifədə işləyən yaxın qohumları işdən çıxarılıb.