ATV –ni "Yoxlama" verilişiyle bağlı son vaxtlar yaranmış situasiyaya aydınlıq gətirəcək materialları sabiq millət vəkili Etibar Hüseynov öz facebook səhifəsində paylaşıb.
Unikal.org xəbər verir ki, Etibar Hüseynov ATV-nin "Yoxlama" verilişinin ideyasının oğurluq olduğunu bildirib. Sabiq millət vəkilinin paylaçdığı fikirləri olduğu kimi təqdim edirik:
"Neçe müddətdir ki, rüşvət və reket reputasiyalı "Yoxlama" verilişiylə bağlı ATV rəhberliyi metbuata açıqlama verməkdən yayınırdı. Ve bu da azmış kimi ədayla "proqramın lisenziyası var" deyib camaatın acığına verilişi həftədə 3 dəfəyə keçirməkdən belə çəkinmədilər. Ortada pul, rüşvet var deyə bu insanlar üçün ictimai qınaq heç nədi. Ancaq oğurluqla məhşur peşənin ömrü 40 gün çəkər deyiblər. Amma bu dəfə heç 40 gün de çəkmədi. Proqramın sahibi Ukraynanın "Novıy kanal"ın rəhbərliyinə ünvanladığım sorğunun cavabından aydın oldu ki, ATV-yə heç bir lisenziya filan verilməyib və adamlar həyasızcasına oğurluqla məşğul olurmuşlar. İndi məhkəməyə müraciət etməyə hazırlaşırlar. Bax bu cüre tiplər də Azerbaycanı bütün dünyada belece rüsvay edirler. Sitatın sonu"
Etibar Hüseynov "Yoxlama" proqramının müəllifi olan kanalla yazışmaları dı da paylaşıb: