Həyətə böyük ilanın sürünərək girdiyini, uşaqlarına yaxınlaşdığını görən ana dərhal irəli atılıb. O, ilanı yalın əllə tutub.
 
El Mundo bildirir ki, hadisə Peruda yaşanıb.
Qadının ona tərəf qaçdığını görən ilan istiqamətini dəyişib və sürətlə sürünərək kolluğa tərəf gedib.
Lakin ana ondan əl çəkməyib, kolluğa girmiş ilanı tutaraq çıxarıb.
Baş verənləri qadının qızı smartfonla çəkib.
"Sən nə edirsən?! Ağlını itiribsən, səni öldürəcək!" - qız qışqırıb.
Lakin qadın tövrünü pozmayıb və tutduğu böyük, zəhərli ilanın başını yerə əyərək qıvrılmasına, "ovçu"sunu çalmasına imkan verməyib. (Milli.Az)