Türkiyə bu səhəri yenə qara xəbərlə açıb.
"Milliyet" xəbər verir ki, Türkiyənin Mardin vilayətində PKK-lı terroristlərin polis məntəqəsinə hücumu nəticəsində 2 nəfər, Hakkari vilayətində isə əl bombası ilə hərbi avtomobilin partladılması nəticəsində 4 nəfər şəhid olub.
Qeyd edək ki, sözügedən ərazilərdə antiterror əməliyyatları davam etdirilir.