İtaliyanın Baş naziri Matteo Rentsi Böyük Britaniyada keçirilən referendumdan sonra cümə günü səhər Avropa Birliyinin təcili müşavirəsini çağırıb.
Röyter xəbər verir ki, Almaniya Bundestaqı da sözügedən məsələ ilə bağlı fövqəladə iclas keçirir.
Xatırladaq ki, dünən baş tutan referendumda Böyük Britaniya əhalisinin böyük hissəsi Avropa Birliyindən çıxmağa səs verib.
Londonun İttifaqın tərkibində qalmasını seçicilərin 48%-i istəyib. (Axar.az)