2016-cı il yanvar-iyun ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak üçün 8069 nəfərə "Buraxılış vərəqəsi" verilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 6670 nəfəri imtahanlardan uğurla keçiblər. İmtahanlarda 1-ci cəhddən keçməyənlərin sayı 713 nəfərdir.
İmtahanlarda iştirak edənlərin 4473 nəfəri 50 baldan çox, 1355 nəfəri 45-50 bal arası, 842 nəfəri 40-45 bal arası toplayıb. Sentyabr ayına qədər keçiriləcək test imtahanlarında iştirak üçün daha 1134 nəfərə yaxın namizəd qeydə alınıb.
Sentyabr ayına qədər keçiriləcək test imtahanlarında iştirak üçün daha 1134 nəfərə yaxın namizəd qeydə alınıb.
Terapiya, pediatriya, stomatologiya, anesteziologiya – reanimatologiya, kardiologiya və laboratoriya ixtisasları, eləcə də orta tibb işçiləri üzrə tibb bacısı, mama və feldşer ixtisasları üzrə mütəxəssislərin sayı ölkədə çoxluq təşkil etdiyindən bu ixtisaslar üzrə test imtahanı və imtahanlarda iştirak edənlərin sayı nisbətən çoxdur.