Azərbaycana birdəfəlik giriş vizaları üçün vahid rüsumun tətbiqi qüvvəyə minib.
Unikal.org xəbər verir ki, prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 14 iyun tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, bundan sonra tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 50 ABŞ dolları deyil, 20 ABŞ dolları təşkil edəcək.
Bundan başqa, qanunun 16.1.8-ci, 16.1.9-cu və 17.8-ci maddələri ləğv edilib.