Təbrizin "Taraktorsazi" futbol klubu bu il Türkiyədə təlim məşq toplantısı keçirə bilməyəcək.
Unikal.org report-a istinadən bildirir ki, bu haqda İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
İnformasiyaya əsasən, Tehranın "İstiqlal" klubu da təlim-məşq toplantısını Türkiyədə keçirməyəcək.
İranın Gənclər və İdman Nazirliyinin Xarici İşlər Şurası bunu Türkiyədə təhlükəsziliklə bağlı problemlərin olmaması ilə əlaqələndirib.
Məlumata görə, "Traktorsazi" və "İstiqlal"la yanaşı İsfahanın "Sepahan" klubu da bu il Türkiyədə təlim-məşq toplanışı keçirməyi planlaşdırıbmış. Ancaq nazirlik bu komandanın da Türkiyəyə getməsinin qarşısını alıb.