Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 
Unikal.org-un məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində fədakar əməyinə, Azərbaycanda təhsilin və mətbuatın inkişafında xidmətinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
"Əməkdar həkim"
Əlləzov Çingiz Bayram oğlu – tibb xidməti polkovniki
"Əməkdar müəllim"
Məmmədova Nərgiz Qədir qızı
"Əməkdar jurnalist"
Hüseynov Rəşid Məmməd oğlu.