Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb. 
Unikal.org-un məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:
Polkovnik Bağırov Gəray Abbas oğlu
Polkovnik Əfəndiyev Ənvər Zəkəriyyə oğlu
Polkovnik Əlibəyov Elxan Əlibəy oğlu
Polkovnik Məmmədov Fuad Nadir oğlu.