"ABŞ Böyük Britaniya xalqının ölkənin Avropa İttifaqından çıxması qərarına hörmət edir".
Unikal.org APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.
O qeyd edib ki, ölkəsinin Böyük Britaniya ilə xüsusi münasibətləri davam edir: "Britaniyanın NATO üzvlüyü ABŞ-ın xarici siyasəti, təhlükəsizliyi və iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir".