Gəncə şəhərində Silahlı Qüvvələrdə 20 il və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin təqdim olunması mərasimi keçirilib.
Unikal.org Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, birlik komandiri general-mayor Xəqani Cəbrayılov hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam etdiyini bildirərək zabitlərə və onların ailə üzvlərinə Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb.
Sonra Silahlı Qüvvələrin sıralarında xidmət edən, istefada və ehtiyatda olan 146 hərbi qulluqçuya mənzillərin sənədləri və açarları təqdim olunub.
Mərasimdə çıxış edənlər yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.