Kirov vilayətinin qubernatoru Nikita Belıxa vəzifəsindən sui-istifadə faktına görə cinayət işi açılıb.
Unikal.org-un Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, N. Belıx Moskvada restoranlardan birində "Novovyatskiy lıjnıy kombinat" və "Lesoxozyaystvennaya upravlyayuşaya kompaniya"nın rəhbərləri tərəfindən 400 min avro rüşvət alarkən hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Onun 8 ildən 15 ilə qədər azadlıqdan məhrum olunması tələb olunur.

Qeyd edək ki, Nikita Belıx 2009-cu ildən Kirovun qubernatoru vəzifəsini icra edir.