Əfqanıstanda 24 saat ərzində 46 terrorçu öldürülüb.
Unikal.org-un verdiyi xəbərə görə, Əfqanıstan Müdafiə Nazirliyinin iyunun 24-dəverdiyi məlumatda təhlükəsizlik qüvvələrinin ölkənin müxtəlif əyalətlərində keçirdiyi əməliyyatlarda 46 terrorçu öldürülüb. Nazirlikdən bildirilib ki, əməliyyatlar Nəngərhar, Qəndəhar, Uruzqan, Zabul, Bədəxşan, Ğorç Xost, Bəqlan, Cəvzcan, Fəryab, Qunduz və Helmand əyalətlərində keçirilib. Qeyd edilib ki, əməliyyatlar zamanı öldürülənlərin içərisində terorçuların komandirləri də olub. Əfqanıstan təhlükəsizlik qüvvələri tez-tez "Taliban" və İŞİD-ə qarşı xüsusi əməliyyatlar keçirir.