AAAF Park Yaşayış Kompleksininin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) yeni rəhbər heyətinin ölkədə fəaliyyət göstərən məşqçilərlə ilk görüşü keçirilib.
Unikal.org-un məlumatına görə, iclasda federasiyanın vitse-prezidenti Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov və yığma komandaların böyük məşqçisi Tofiq Heydərov iştirak edib. Mərasim zamanı AAAF-ın hazırkı durumu, problemlər və qarşıda duan vəzifələr müzakirə olunub.
İclas zamanı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Tofiq Heydərov onu da qeyd edib ki, bundan sonra yetirmələri dopinq düşən məşqçiləri cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Federasiyanın hazırda cəzalı olan idmançıların cəzasının ləğvinə və cəza müddətinin azaldılmasın maksimum cəhd edəcəyi də vurğulanıb.