Rusiya prezidenti Vladimir Putin Çinə rəsmi səfərə gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Pekin hava limanında Rusiya liderini Çinin xarici işlər naziri Van İ qarşılayıb.
Səfər çərçivəsində Vladimir Putin Çin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. O, Çin Xalq Respublikasının sədri, baş naziri və parlamentin spikeri ilə görüşəcək.
Ümumilikdə, iki ölkə arasında 50 sənədin imzalanması nəzərdə tutulub.