Şahin Mustafayevə böyük şok
15:27 13-10-2012
CƏMİYYƏT
Şahin Mustafayevə böyük şok
Antiinhisarla bağlı səlahiyyətlər nazirin əlindən alınır
Milli Məclisin payız sessiyasında nəhayət Rəqabət Məcəlləsinin qəbul olunması gözlənilir. Qanun layihəsi inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir.
Bundan öncə bazardakı inhisarçılığın qarşısının alınması üçün Antiinhisar Komitəsi yaradılmışdı. Sonradan bu Komitə İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edildi və İqtisadi İnkişaf nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti adlandırıldı.
Amma bu Komitənin fəaliyyəti bazarda inhisarşılığın qarşısını ala bilmədiyindən müzakirəyə çıxarılacaq qanuna görə bazara nəzarət edəcək yeni Komitənin yaradılması və birbaşa ölkə rəhbərliyinə tabe olması təklifləri irəli sürülür.
Artıq indidən əksər deputatların sözügedən təşəbbüsü dəstəklədiyi də açıq görülməkdədir. Məsələn, belə dputatlardan biri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, Rəqabət Məcəlləsi qəbul olunacağı təqdirdə ciddi dəyişikliklər olacaq. Onun sözlərinə görə, əgər bazarın 33 faizi bir şirkətin əlində cəmləşirsə, artıq bu, bazarın inhisarda saxlanması deməkdir. Nəticədə bazarda normal rəqabət qaydaları pozulur. Millət vəkili deyir ki, məcəllə qəbul olunandan sonra bazarda inhisarçılığın qarşısının alınması sahəsində ciddi dəyişikliklər əldə etmək mümkün olacaq. Deputatın sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatına gedən yol həm də Rəqabət Məcəlləsinin qəbulundan keçir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin digər üzvü Əli Məsimli isə deyib ki, Rəqabət Məcəlləsi tamamilə yenidən işlənilir. Onun sözlərinə görə, Rəqabət Məcəlləsi qəbul olunsa, bazarda inhisarçılığın qarşısının alınması tam gerçəkləşməsə də, bu sahədə, necə deyərlər, "sınma mərhələsi" başlayacaq. Qanunun işlək mexanizminə gəlincə, millət vəkili bildirib ki, problem də elə ondadır ki, bu məcəllənin təsirli fəaliyyəti onun işlək mexanizminin olub-olmamasından çox asılı olacaq. "Rəqabət Məcəlləsi qəbul olunsa, bazarda inhisarçılığın qarşısının alınması mümkün olmasa da, bu sahədə, "sınma mərhələsi"nin başlanmasını təmin etməkdən ötrü onun işlək reallaşma mexanizmi hazırlanmalı və sənədin həyata keçirilməsinmdən ötrü siyasi iradə nümayiş etdirilməlidir" - deyə millət vəkili vurğulayıb.
Bütün bunlar məsələnin görünən tərəfləridir; məsələnin görünməyən tərəfləri isə ondan ibarətdir ki, yeni qanunla iqtisadi inkişaf naziri Şahin Mustafayev özünün ən ciddi, onu xeyli "dişli" göstərən səlahiyyətlərindən birini (bəlkə də birincisini!) itirir. Söhbət antiinhisarçılıq fəaliyyətinin Mustafayevin nazirliyinin nəzarətindən çıxarılmasından gedir.
Burada iki önəmli məqam. Birincisi, yuxarıda dav qeyd etdiyimiz kimi, İqtisçadi İnkişaf Nazirliyinin tərkibindəki məlum qurum etimadı doğrultmayıb və ona görə də Rəqabət Məcəlləsində inhisarçılıqla mübarizənin birbaşa ölkə rəhbərliyinin nəzarəti altında aparılmasına qərar verilib. Bu, mətbuatın, o cümlədən də "Unikal" qəzetinin vaxtaşırı İqtisadi İnkişaf Nazirliyinin inhisarçılıqla mübarizəsini "formal", "səmərəsiz" adlandırmasının, əksər hallarda Şahin Mustafayevin monopolistlərlə qovğaya girməkdən çəkindiyi və ya onlarla işbirliyinə girdiyi barədə səslənən iddiaların doğruluğunu ortaya qoyur.
İkincisi, Şahin Mustafayev hökumətdə aparıcı və həlledici nazirlərdən deyil, dişsizdir, zəif fiqur təsiri bağışlayır, hökumətdaxili qovğalardan uzaq durmağa çalışır və bu, onu bir az da zəif duruma salır, çünki bir-birlərinə güc göstərmək xarakterinə malik olmayan nazirlər adətən uzun müddət duruş gətirə bilmirlər. İqtisadi inkişaf nazirini bəzi monopolistlərin, iri məmurların, nüfuzlu biznesmenlərin gözündə ciddiləşdirən, hesablaşmağa məcbur edən məhz antiinhisar fəaliyyəti ilə məşğul olan dövlət qurumunun onun nəzarətində olmasıdır. İndi monopolistlərlə mübarizə səlahiyyəti də əlindən alındıqdan sonra Şahin Mustafayv üçün nazir postu bir az da formallaşacaq, dişsizləşəcək.
Hesab etmək olar ki, iqtisadi inkişaf naziri bundan narahatdır. Amma onun əlində elə təsir imkanları və nüfuzetmə yolları da yoxdur ki, Mustafayev prossin qarşısına keçə, onu əngəlləyə bilsin.
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 11:24:31
2024-12-27 11:21:58
2024-12-27 11:20:29
2024-12-27 11:18:49
2024-12-27 11:15:33
2024-12-27 11:10:45
2024-12-27 10:57:07
2024-12-27 10:34:57
2024-12-27 10:00:00
2024-12-27 09:41:22
2024-12-27 09:33:13
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33