"Youthvision" mahnı müsabiqəsinin qalibləri elan olunub.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev sarayında keçirilən final mərhələsində münsiflərin qərarına əsasən Ukrayna komandası 1-ci yerə layiq görülüb.
2-ci yerə Belarus, 3-cü Gürcüstan layiq görülüb.
Məşhur müğənni İn-Qrid tədbirdə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i ifa edib.
Qeyd edək ki, müsabiqənin ümumi mükafat fondu 6 min dollardır. Müsabiqənin keçirilməsinə 150 min manat vəsait sərf olunuv. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Beynəlxalq tədbirdə 14-35 yaşlarında gənclər iştirak edib.