Prezident İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub.
Unikal.org-un AzərTAc-a istinadən məlumatına görə, müdafiə naziri Zakir Həsənov dövlət başçısına bildirib ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezidentin İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama uyğun olaraq tikilib.
Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u iki otaqlı, 26-sı isə üç otaqlıdır.
Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub.
Sonra dövlət başçısı hərbiçilərlə görüşüb və hərbiçilərin bir qrupuna mənzillərin ordenlərini təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.