Ermənistan prezidenti Serj Sarkisyan öz iqamətgahında Roma Papası Fransiski qəbul edərkən protokol səhvi edib. 

Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, Sarkisyan 80 yaşlı pontifikə qarşı hörmətsizlik edərək kresloya Papadan qabaq əyləşib. Səhvini başa düşən Ermənistan prezidenti ayağa qalxaraq Papanın əyləşməsini gözləyib.