Azərbaycan və Özbəkistan prezidentləri bəyanatla çıxış ediblər
15:32 13-10-2012
CƏMİYYƏT
Azərbaycan və Özbəkistan prezidentləri bəyanatla çıxış ediblər
"Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun Birgə Bəyanatı"nı ölkə başçıları İlham Əliyev və İslam Kərimov imzalayıb.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2013-2015-ci illər üzrə Əməkdaşlıq Proqramı"nı Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və onun özbək həmkarı Abdulaziz Kamilov imzalayıb. "Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2012-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nı Azərbaycan tərəfindən baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfindən baş nazirin birinci müavini - maliyyə naziri Rustam Azimov imzalayıb.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının prezidenti İslam Kərimov mətbuata bəyanatla çıxış ediblər.
Digər Xəbərlər
2024-11-21 21:51:37
2024-11-21 20:40:28
2024-11-21 20:32:43
2024-11-21 20:22:56
2024-11-21 19:49:33
2024-11-21 19:21:58
2024-11-21 19:20:34
2024-11-21 19:02:57
2024-11-21 18:51:22
2024-11-21 18:48:47
2024-11-21 18:39:54
2024-11-21 18:17:14
2024-11-21 18:03:19
2024-11-21 17:48:13
2024-11-21 17:22:00
2024-11-21 17:10:38
2024-11-21 16:58:19
2024-11-21 16:43:15