İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhəri yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əməkdaşları ilə terrorçular arasında atışma baş verib.
Unikal.org APA-ya istinadən məlumat verir ki, Sərvabad sərhəd bölgəsində baş verən atışma nəticəsində bir neçə terrorçu öldürülüb. Hazırda bölgədə təmizləmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, ötən həftə SEPAH bölmələri və terrorçular arasında Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə bölgəsində baş verən atışmada 12 terrorçu məhv edilmişdi.