Somalinin paytaxtı Moqadişoda silahlı şəxslər otelin qarşısında avtomobil partladıb, daha sonra isə binaya hücum ediblər.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, "Əş-Şəbab" terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar  Moqadişoda "Nasa-Hablod" otelinə hücum ediblər.
Son məlumata görə, hazırda silahlılar və otelin mühafizəçiləri arasında şiddətli atışma davam edir.
Sosial şəbəkələrdə hücum edən şəxslərin  "Əş-Şəbab" terrorçuları olduğu iddia edilir.
Ölənlər barədə hələlik məlumat verilmir.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.