Yerevanın mərkəzində dörd müxalifətçi oğurlanıb. Onların hamısı həbs edilmiş müxalifət lideri Jirayr Səfilyanın «Təsis Məclisi» hərəkatının üzvləridir.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Hərəkatın ofisinin qarşısında baş verib.
Mülki geyimli naməlum şəxslər Vaqram Petrosyanı, Qagik Yegizaryanı, Aram Manukyanı və Paylak Tevanyanı maşınlara otuzduraraq naməlum istiqamətdə aparıblar.