Əlcəzairin təhlükəsizlik qüvvələri ölkənin müxtəlif rayonlarında aparılan xüsusi əməliyyat zamanı 4 terrorçunu yaxalayıblar.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə respublikanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Terrorçuluqla mübarizə çərçivəsində, həmçinin Ayn Türk rayonunun meşə zolağında iki terrorçunun meyiti, iki "Kalaşnikov" avtomatı, çoxlu sayda döyüş sursatı, mobil telefonlar və sənədlər aşkar olunub.
Bildirilir ki, terrorçularla bərabər onlardan biri ilə əlbir olan daha 4 nəfər də saxlanılı