İranın Qərbi Azərbaycan əyalətində İran Kürdüstan Demokrat Partiyasının (İ-KDP) üzvləri arasında silahlı toqquşma baş verib.
Unikal.org Anspress-ə istinadən xəbər verir ki, atışma əyalətin Mehabad qəsəbəsində qeydə alınıb.
İranın rəsmi İRNA agentliyinin yaydığı məlumata İran İnqilab Keşikçiləri Korpusunun əsgərləri silahlı dəstənin əksər üzvlərini öldürdüyü qeyd edilib.
Silahlı qrup İraq ərazisindən ölkəyə daxil olub. Onlar Mehabad qəsəbəsinin sərhədə yaxın yerləşən kəndlərindən birinə gəliblər. Həmin vaxt ölkənin silahlılarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.
Kürd silahlıların İran ərazisinə niyə daxil olduqları barədə məlumat yoxdur.
İ-KDP silahlıları PKK terrorçuları tərəfindən açıq dəstək alır. Bundan əvvəl də İran ordusu ilə PKK –nın dəstəklədiyi silahılar arasında toqquşma baş verib.
İraqla sərhəddə baş verən toqquşmada 5 silahlı öldürülmüşdü. Atışma nəticəsində İ-KDP –nın silahlıları iki polisi və bir dinc sakini güllələmişdi.