İŞİD terror qruplaşmasını yaradanların əsas məqsədi İranı məhv etmək olub.
Unikal.org-un  "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə İranın ali lideri  Ayətullah Əli Xameneyi bildirib.

"İŞİD terror qruplaşması əsas vəzifəni həyata keçirmək üçün yaradılmışdı: İranı zəbt etmək və məhv etmək.  İraq və Şamın (Suriyanın tarixi adı) işğalı bu məqsədə çatmaqda hazırlıq mərhələsi  olub. Lakin İranın düşmənləri bu müharibədə məğlub olacaqlar, çünki onlar İranın  gücünü lazımınca qiymətləndirmirlər. İran onu dizi üstünə çökdürmək istəyənləri birinci çökdürəcək", - deyə Xameneyi bildirib.