İyunun 23-də Çinin şərqində son yarım əsrdə müşahidə olunan ən güclü dağıdıcı qasırğa nəticəsində ölənlərin sayı 99 nəfərə, xəsarət alanların sayı 846 nəfərə çatıb.
Tszyansu əyalətində 1500 insan evini tərk etmək məcburiyyətində qalıb.
Hazırda xilasetmə əməliyyatları başa çatmayıb, buna görə də qasırğa qurbanlarının sayının artacağı istisna deyil.
Qeyd edək ki, iyunun 23-də leysan yağış və dolu ilə müşahidə olunan qasırğa Tszyansu əyalətinin bir neçə rayonunda avtomobillərin, ağacların aşmasına, evlərin damlarının dağılmasına yol açıb. (APA)