Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağcabədidə törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.  

Baş Prokurorluqdan Unikal.org-a daxil olan birgə məlumatda qeyd olunur ki, 1970-ci il təvəllüdlü Quliyev Ələsgər Əşrəf oğlunun arvadı, 1976-cı il təvəllüdlü Səfərova Raifə Ənvər qızını, qayınanası, 1954-cü il təvəllüdlü Səfərova Nazilə Savalan qızını və qayınatası, 1949-cu il təvəllüdlü Səfərov Ənvər Cənnətalı oğlunu, daha sonra özünü ov tüfəngindən atəş açmaqla öldürməsi faktı ilə bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə)  və 228.1-ci (qanunsuz olaraq odlu silab əldə etmə,  saxlama,  daşıma və satma) maddələri ilə cinayət işi başlanıb.

Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.