Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silopi şəhərində hərbi hissələrdən birində əsgərlərlə iftarını açıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Ərdoğanın əsgərlərlə əvvəlki iftar süfrələrindən fərqli olaraq bu dəfə yeməklər tabldotda (ümumi süfrə) deyil, qapalı karton qutularda təqdim olunub.
Prezidentin görüşündə bu xidmətdən nə üçün istifadə olunduğu haqda açıqlama verilməyib. (Qafqazinfo)