Ötən gün Yasamal rayonunun Abdulla Şaiq küçəsi 48A ünvanında baş verən partlayış hadisəsinin maraqlı görüntüləri ortaya çıxıb.
 
Unikal.org-un Anspress-ə istinadən məlumatına görə, "Sovetski" kimi tanınan ərazidə qeydə alınan hadisə zamanı qaz sızması nəticəsində güclü yanğın olub.

Yanğın zamanı iki elektrik sayğacı və bir neçə metr kabel yanıb. Yanğının evin giriş qapısında başlaması evdə olan azyaşlının çölə çıxmasına imkan verməyib. Dərhal əraziyə Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları cəlb edilib və onlar həmin qız uşağını alovun caynağından xilas ediblər.

Hadisə zamanı ev sahibinin halı pisləşdiyi üçün əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.

Yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb.

Hadisə yerindən olan görüntüləri təqdim edirik.