Londonun "Hitrou" hava limanında "American Airlines" şirkətinə məxsus A330 təyyarəsinin sərnişinləri təxliyə olunub.
Unikal.org "The Sun"a istinadən xəbər verir ki, 731 nömrəli reys ilə ABŞ-ın Şarlotta şəhərinə istiqamətlənən təyyarənin göyərtəsində tüstülənmə baş verib.
Hadisə şahidləri qeyd ediblər ki, təxliyə zamanı qəza traplarından istifadə olunub.
Bildirilir ki, təyyarədən ümumilikdə 12 nəfər çıxarılıb.
Hadisə yerinə yanğınsöndürən birqadaları cəlb edilib.