Qırğızıstanda 6,1 bal gücündə zəlzələ olub.
Unikal.org-un məlumatına görə, yerli vaxtla saat 14:17-də qeydə alınıb.
Zəlzələnin episentri Bişkekdən 381 kilometr cənubda, Oş şəhərindən 117 kilometr cənub-şərqdə, zəlzələ ocağı 48 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar qonşu Qazaxıstanın bir sıra iri şəhərlərində hiss edilib.
Hələlik dağıntılar və tələfat haqqında məlumat verilmir.