İraqın Əl-Fəlluca şəhərinin azad olunması uğrunda döyüşlər zamanı ən azı 1800 İŞİD terrorçusu öldürülüb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə İraq rəsmilərinə istinadən "Deutsche Welle" nəşri yazıb.
İraq hərbçilərinin iyunun 26-da yaydığı məlumata görə, İraq Silahlı Qüvvələri İŞİD terrorçuları Bağdadın 50 km-də yerləşən Əl-Fəlluca şəhərindən tamamilə çıxarılıb.
Şəhər üzərində nəzarətin bərpa olunması üzrə əməliyyat Amerika aviasiyasının dəstəyi ilə mayın sonlarında başlayıb.
İŞİD terror qruplaşması Əl-Fəllucanı 2014-cü ilin yanvarında işğal edib.