Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Tramp islamofob fikirlər səsləndirdiyi üçün İstanbulun işgüzar rayonunda Amerika göydələni tərzində tikilən "Trump Tower" qülləsinin adını dəyişdirməyi təklif edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti "Trampın Amerikadakı müsəlmanlara qarşı dözümlülüyü yoxdur və bu səbəbdən onun adı tez bir zamanda göydələndən götürülməlidir" deyib.