İsrail və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılığa gəliblər.
Unikal.org APA-ya istinadən məlumat verir ki, İsrail hökumətindəki mənbə bildirib. Onun sözlərinə görə, münasibətlərin normallaşdırılmasına dair danışıqlar Romada baş tutub. 
Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2010-cu il mayın 31-də Qəzzaya yardım aparan "Mavi Marmara" adlı Türkiyə yardım gəmisinin Aralıq dənizində İsrail ordusu tərəfindən ələ keçirilməsi və bu zaman 9 nəfərin öldürülməsindən sonra pisləşib . 
"Anadolu" agentliyinin məlumatına görə, Türkiyə baş naziri  Binali Yıldırım İsrail ilə aparılan müzakirələrdə əldə olunan anlaşma ilə əlaqədar sabah rəsmi açıqlama ilə çıxış edəcək.