Müxalifət daxilində savaş başladı
10:56 16-10-2012
CƏMİYYƏT
Müxalifət daxilində savaş başladı
Mirmahmud Mirəlioğlu Əli Kərimliyə və İsa Qəmbərə cavab verəcək
Müxalifət daxilində yenidən gərginlik artmağa başlayıb. Belə ki, artıq bir neçə həftədir ki, KAXP daxilində nələrsə baş verir və iki sədr müavini başda olmaqla bir qrup KAXCP üzvü yeni blok yaratdığını bəyan etmişdi. Bundan sonra isə KAXCP sədri Mirmahmud Fəttayev partiya daxilində fraksiya yaradanlara qarşı sərt açıqlama verdi və hər iki müavin tutduqları vəzifədən,daha sonra isə partiyadan kənarlaşdırıldı.
Bundan sonra isə bu qrup partiya sədrinə tabe olmayaraq fraksiya kimi partiya daxilində fəaliyyət göstərəcəklərini bildirdilər. Çox maraqlıdır ki, bu qüvvəyə AXCP və Müsavatdan da dəstək gəldi. Belə ki, Klassik Xalq Cəbhəsi Partiyası daxilində yaradılan fraksiya ("Demokratik Birlik") oktyabrın 13-də Müsavat partiyasının ofisində növbəti iclasını keçirib.
Media üçün açıq olan iclasda "Demokratik Birlik" fraksiyasının yaradılması və fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılmışdır. KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, iclasın KXCP ilə heç bir bağlılığı yoxdur: "Bu iclasın Müsavatın qərərgahında keçirilməsinə rəvac verənlər müxalifətin birləşməsini istəməyənlərdir. Bizim bu məsələ ilə bağlı adekvat cavabımız olacaq".
M. Mirəlioğlu qeyd edib ki, həmin toplantıda iştirak edənlərin KXCP-yə aidiyyatı yoxdur: "KXCP-nin öz qərərgahı var. Onlar KXCP-yə aid olsaydılar toplantılarını məhz bizim qərərgahda keçirərdilər. Biz müxtəlif təşkilatlara, partiyalara həmin məkanda toplantı keçirməyinə şərait yaradırıq. Hər kəs öz əkdiyini biçəcək".
Beləliklə müxalifət daxilində yeni maraqlı prosesə start verildi. Öncəliklə qeyd edək ki, KAXCP daxilində proseslər başlayanda əksəriyyət, o cümlədən partiya rəhbərliyi hesab edirdi ki, bu hakimiyyətin oyunudur və məqsəd KAXCP-ni iflic etməkdir. Amma hadisələrin gedişatı təsdiqlədi ki, bu hakimiyyətin başladığı proses deyil və məsələdə müxalifətin iki aparıcı partiyasının AXCP-in və Müsavatın əli var. Belə ki, partiya daxilində Mirmahmud Mirəlioğluna qarşı kompaniyaya başlayan şəxslərə AXCP-yə yaxın olan mətbu orqan ciddi dəstək verməyə başladı, Müsavat isə onlara tədbir keçirtmək üçün yer verdi. Maraqlıdır, hansı səbəbdən bu iki müxalifət partiyası bu düşərgədə yetərli qədər gücə malik olan KAXCP-yə qarşı belə bir kompaniya təşkil etdilər? Müşahidəçilər bildirir ki, bunun başlıca səbəbi budur ki, KAXCP sədri ay öncə bəyan etdi ki, 2013-cü il prezident seçkilərində iştirak edəcək. Bunu da xatırladaq ki, Mirmahmud Mirəlioğlunun seçkilərdə qələbə qazanmaq imkanları olmasa da, Əbülfəz Elçibəy tərəfdarları arasında böyük nüfuzu var və seçkilərdə bu qüvvələr məhz Mirmahmud Mirəlioğluna səs verəcəklər. Bu isə indidən İsa Qəmbərlə, Əli Kərimlini narahat etməyə bilməzdi. Bu səbəbdən də partiya daxilində Müsavata və AXCP-yə simpatiyası olan şəxslər aktivləşdirildi və nəticə ortadadır. Qeyd olunur ki, partiya sədrinin müavinlərini əslində partiyanın Salyan rayon təşkilatının sədri, AXCP sədri Əli Kərimlinin yaxın dostu Ədalət Yusifzadə idarə edir. Bu şəxs həm də İctimai Palatanın üzvüdür və son zamanlar süni şəkildə bu şəxsə ciddi səlahiyyətlər verilir. Bunun qarşılığında isə KAXCP daxilində parçalanma prosesi həyata keçirilir. Qeyd olunur ki, partiya daxilində fraksiya yaratdığını bəyan edən "qiyamçılar" ətraflarına daha çox şəxs cəlb etməyə çalışırlar. Bildirilir ki, bir müddətdən sonra fraksiya iki yerə parçalanacaq və qanadlardan biri AXCP-yə, digəri isə Müsavata üzv olacaq. Amma Mirmahmud Mirəlioğlunun da cavabsız qalmayacağı söylənilir. Belə ki, Mirmahmud Mirəlioğlunun da hər iki partiyada kifayət qədər tərəfdarı var və o həmin şəxslərin partiyadan istefalarını təşkil edəcək. Bundan başqa KAXCP sədrinin yaxın günlərdə AXCP sədri Əli Kərimliyə qarşı da savaş açacağı gözlənilir. Hətta 2003-cü ilə qədər Əli Kərimlinin hakimiyyətlə iş birliyində olması ilə bağlı faktları cəmiyyətə açıqlayacağı da gözlənilir. Bundan başqa prezident seçkiləri ərəfəsi Mirmahmud Mirəlioğlunun Əbülfəz Elçibəy tərəfdarlarına müraciət edərək İsa Qəmbərlə, Əli Kərimliyə səs verməməyə çağıracağı bildirilir. Beləliklə müxalifət daxilində yenidən proseslər gərginləşdi. Bu gərginlik isə müxalifətin daha da zəifləyəcəyi ilə sona çatacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31