ABŞ bundan sonra da Böyük Britaniya ilə sıx əlaqələrini davam etdirəcək.
Unikal.org xəbər verir ki, bunu bu gün İtaliya Prezidenti Paolo Centiloni ilə görüşdən sonra jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Con Kerri söyləyib. Onun sözlərinə görə, Breksit iki ölkənin münasibətlərinə təsir etməyəcək:
"Mənim Romaya səfərdə əsas məqsədim ABŞ-ın Avropa Birliyi ilə münasibətlərə nə qədər önəm verdiyini göstərməkdir. Bütün dəyişikliklər bizi birləşdirən dəyərlər və maraqlar kontekstində baş tutacaq".